Makron pensiya islahatı ilə bağlı qanunun ilin sonuna qədər qüvvəyə minəcəyini bildirdibackend

Makron pensiya islahatı ilə bağlı qanunun ilin sonuna qədər qüvvəyə minəcəyini bildirdi

Fransa hökumətinin təklif etdiyi pensiya islahatı demokratik yolunu davam etdirəcək və ilin sonuna qədər qüvvəyə minməlidir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində deyib.

“Bu mətn demokratik yolunu davam etdirəcək” deyən Makron, parlamentdəki müzakirələr və qanun layihəsinin qəbulundan sonra hökumətə etimad səsverməsi də daxil olmaqla bütün formal prosedurlara əməl edildiyini xatırladıb: “Biz qanun layihəsi ilə bağlı Konstitusiya Şurasının rəsmi mövqeyi gözləməliyik”.

O, həmçinin islahatın ilin sonuna qədər qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*