Malidə prezident ofisinin rəhbəri və daha üç nəfər pusqudan hücum edərək öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi cümə axşamı prezidentin ofisindən verilən açıqlamaya istinadən məlumat verib.
Bildirilir ki, Malinin keçid dövrü prezidentinin ofisinin rəhbəri Oumar Traore və daha üç nəfər pusquda həlak olub..
Baş verənlərin təfərrüatları, o cümlədən hücumun arxasında kimin olduğu barədə məlumat verilməyib.
Xuraman Etibarlı,
KONKRET.az
