“Mavi”lər üçün gecə klubu açmaq istəyən şəxs ruhi xəstəxanaya yerləşdirildibackend

"Mavi"lər üçün gecə klubu açmaq istəyən şəxs ruhi xəstəxanaya yerləşdirildi

İngiltərədə yaşadıqdan sonra məmləkəti Pakistana qayıdan və ölkəsinin ilk “mavi” gecə klubunu açmağa hazırlaşan şəxs ruhi xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, Pakistanda baş verən hadisə beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.

Uzun illər İngiltərədə yaşadıqdan sonra ölkəsinə qayıdan kişinin sahibkarlıq planı nəinki uğursuzluğa düçar olub, həm də kişinin başına bəla olub.

“Daily Telegraph” qəzetinin verdiyi xəbərə görə, adı açıqlanmayan şəxs Əl-Qaidə lideri Usamə Bin Ladenin öldürüldüyü Abbottabad şəhərində yalnız mavilər üçün gecə klubu açmağı planlaşdırıb.

Hakimiyyət orqanları vəziyyətdən xəbər tutub. “Lorenzo” kimi fəaliyyət göstərəcək klub homoseksuallar, biseksuallar və hətta heteroseksuallar üçün əla görüş yeri olmalı idi.

Həmin şəxsi ölkənin şimalında mühafizəkarlığın intensiv olduğu ruhi xəstəxanaya aparıblar.

Qeyd edək ki, Pakistanda homoseksual əlaqələr qanunla qadağan edilsə də, onlar 2 ilə qədər həbslə cəzalandırıla bilər.

Kişinin belə bir yer açmaq cəhdi Pakistan siyasətçilərini də məəttəl qoyub. Bir çox siyasətçilər “O yeri yandıracağıq” desə də, belə bir yerin açılmasının sosial narazılığa səbəb ola biləcəyini və adamın linç oluna biləcəyini də bildiriblər.

Həmin şəxs xəstəxanaya yerləşdirilməzdən əvvəl “Mən insan haqlarından danışıram və inanıram ki, hər kəsin haqqı müdafiə olunmalıdır. Hər fürsətdə bu məsələ ilə bağlı səsimi ucaldacağam” deyib.

Onun ərizəsində deyilir ki, klubda heç bir homoseksual (və ya qeyri-homoseksual) cinsi əlaqə (öpüşməkdən başqa) olmayacaq.

Müraciətdə deyilir: “Divarda obyektdə cinsi əlaqəyə icazə verilmədiyini bildirən aydın görünən bildiriş olacaq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*