backend

Mayın 4-dən sərt karantin tamamilə ləğv edilir - İqtisadiyyatı xilas etmək üçün

Malayziyanın Baş naziri Muhiddin Yassin 4 maydan etibarən sərt karantin rejiminin tamamilə ləğv olunacağını elan edib.

REN TV-nin xəbərinə görə, bu barədə yerli telekanallar məlumat yayıb.

Göstərilən tarixdən etibarən ölkə iqtisadiyyatının bütün sahələri fəaliyyətini bərpa edəcək.

Baş nazir bildirib ki, dövlətin uzun müddət məhdudiyyət rejimində fəaliyyət göstərməsi iqtisadi baxımdan ölkəyə sərfəli deyil.

Qeyd edək ki, son məlumatlara əsasən, Malayziyada altı min şəxsin koronavirus testi müsbət çıxıb, 102 xəstə pandemiyanın qurbanı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*