Medvedev 7 bəndlik yeni sülh formulunu açıqladı – Ukrayna üçün alçaldıcı şərtlərbackend

Medvedev 7 bəndlik yeni sülh formulunu açıqladı – Ukrayna üçün alçaldıcı şərtlər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynada sülhün bərqərar olması üçün yeni formul təklif edib.

KONKRET.az xəbər verir ki, Medvedev təklif etdiyi sülh formulunun 7 bəndini açıqlayıb.

Medvedev ilk bənd kimi Kiyevin hərbi məğlubiyyəti etiraf etməsi şərtini qeyd edib. O, bildirib ki, bu, Ukraynanın demilitarizasiyasını nəzərdə tutacaq. Daha sonra Təhlükəsizlik Şurasının sədr müavini Ukraynada məcburi denasifikasiyasının aparılmasını və Rusiyanın razılığı olmadan onun hərbi ittifaqlara qoşulmasını qadağan etməyi təklif edib.

Dördüncü bənddə Ukraynanın bütün hakimiyyət orqanlarının istefası və BMT-nin nəzarəti altında təcili seçkilərin keçirilməsi təklif edilib.

Beşinci və altıncı bəndlərdə vurğulanıb ki, Ukraynanın müvəqqəti parlamenti Rusiyaya təzminat ödəməli və bütün Ukrayna ərazisini Rusiyanın bir hissəsi kimi tanımağa qərar verməlidir.

Sonuncu bənddə isə bildirilib ki, iki ölkənin birləşmə aktı BMT tərəfindən tanınmalıdır.

Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, təqdim edilən sülh formulu onun yumşaq redaktə olunmuş variantıdır.

“Düşünürəm ki, məhz bu əsasda biz beynəlxalq ictimaiyyətlə xoşməramlı konsensusa nail ola bilərik”, – deyə o, yekunlaşdırıb.

Xatirə SADİQ,

KONKRET.az

  • Haller
    Mart 15, 2024 - 02:30

    Qatilin yeri hepsxanadir…en yaxsi halda!

  • Medvedevin təklifini bəyənməyən şəxs
    Mart 15, 2024 - 02:57

    Təklifinə nə deyim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*