Moskvanın Kutuzovski prospektində naməlum şəxs Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedevin qəbul otağına “Molotov kokteyli” atıb .
KONKRET.az xəbər verir ki, oktyabrın 26-da saat 03:00 radələrində Moskvada Vahid Rusiya Partiyasının binasının pəncərəsinə “Molotov kokteyli” atılıb. Nəticədə yanğın başlayıb.
Bildirilir ki, yanğın mühafizəçilər tərəfindən söndürülüb,.
Hadisəyə görə heç kim saxlanılmayıb.
