Mehdiyevin ailə bankı BOKT oldubackend

Mehdiyevin ailə bankı BOKT oldu

“Bank BTB” ASC öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrildiyini elan edib.

KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə “Bank BTB” ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.

Bankın aktivləri və öhdəlikləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürülüb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. “Bank BTB” ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*