Məhkəmə İmran Xanın həbsini iyunun 8-dək təxirə salıb.
KONKRET.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Həbs qərarının dayandırılması barədə qərar məhkəmədə Xanın iştirakı ilə oxunub. O, məhkəməyə gəlib və həbsdən azad olunmaq üçün girov ödəyib.
Siyasətçi korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə mayın 9-da məhkəmə binasında həbs olunarkən təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı zorakılıqda ittiham olunur.
Xuraman Etibarlı,
KONKRET.az
