Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbil saxlanılıb.
Axşam.az-ın məlumatına görə, qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinən Ortaç, Ərbil və digər saxlanılan şəxslər məhkəməyə aparılıb.
Hakim qarşısına çıxarılan Ortaç ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, ümumlikdə 20 şübhəli saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu iddia edilən digər şəxslərin axtarışları isə davam edir.
Saxlanılanlar arasında keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var. Türkiyədə sözügedən cinayətə görə tətbiq ediləcək cəzalar arasında 3 ildən 5 ilədək həbs və cərimələr nəzərdə tutulub.