Teleaparıcı ilə birlikdə qəzada həlak olan iş adamının oğludur? – Rəsmi açıqlamabackend

Teleaparıcı ilə birlikdə qəzada həlak olan iş adamının oğludur? - Rəsmi açıqlama

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı, “Metak” şirkətinin rəhbəri Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

KONKRET.az  xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

“Alik Kərimovun bir oğlu, bir qızı var. Oğlu Aydın Kərimov “Metak” şirkətinin icraçı direktorudur və hazırda işdədir. Onun baş verən qəzaya heç bir aidiyyatı yoxdur”, – “Metak”dan qeyd olunub.


***

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.

KONKRET.az xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.

Alik Kərimov “Metak” şirkətinin rəhbəridir.

Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*