Türkiyənin maliyyə naziri Mehmet Şimşək oktyabrda Böyük Britaniya, Fransa və Mərakeşə səfər etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu səfərlərin məqsədi investisiya cəlb etmək və Türkiyənin digər ölkələrlə iqtisadi əlaqələrini gücləndirməkdir.
Nazir oktyabrın 3-4-də Londonda Citibank və BofA-nın təşkilatçılığı ilə keçiriləcək investor görüşündə iştirak edəcək.
Oktyabrın 11-dən 14-dək Şimşek Mərakeşdə BVF və Dünya Bankının illik toplantılarında, oktyabrın 19-da isə o, Parisdə investorların görüşündə çıxış edəcək.
Qeyd edək ki, bu səfərlərdən sonra nazirin Körfəz ölkələrinə ikinci turu da gözlənilir.
Ariz Həsənoğlu,
KONKRET.az
