Mehriban Zəki və Dilarə Əliyeva özəl xəstəxanalardan birinə yerləşdirildi – RƏSMİbackend

Mehriban Zəki və Dilarə Əliyeva özəl xəstəxanalardan birinə yerləşdirildi - RƏSMİ

Mehriban Zəki və Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.

Belə ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyevaya müvafiq müayinələr təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.

Onların vəziyyətləri qiymətləndirildikdən sonra özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında reanimobil təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinin müşayiəti ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*