Məşhur Qazax Müəllimlər Seminariyası kimi tanınan tarixi binanı abadlaşdıran niyə tapılmır? – REPORTAJbackend

Məşhur Qazax Müəllimlər Seminariyası kimi tanınan tarixi binanı abadlaşdıran niyə tapılmır? - REPORTAJ

Hazırda məktəb binası kimi fəaliyyət göstərən tarixi binanın bu günki, nimdaş görkəmi haqqında bir qədər sonra danışacam. Öncə bu binanın tarixinə nəzər salaq. Qazax Müəllimlər Seminariyasının tarixi Gürcüstandan Qori Seminariyasından başlayır. Rusiya İmperatoru 2-ci Aleksandrn fərmanı ilə Qori şəhərində Zaqafqaziya Seminariyası açılır. 1880- ci il may ayının 30-u bu seminariyanın tərkibində faktiki azərbaycanlı tələblərdən ibarət müsəlman bölməsi də fəaliyyətə başlayır.

Azərbaycan Cumhuriyyəti yaradıldıqdan sonra seminariyanın Azərbaycan bölməsi vətənə köçürülür. Bu işdə görkəmli maarifçi, Firudun bəy Köçərli böyük rol oynayır. Onun bilavasitə səyi və təşkilatçılığı ilə seminariyanın Azərbaycan bölməsi Qazağa köçürülür və fəaliyyətə başlayır. Elə Qazax Müəllimlər Seminariyasının direktoru da Firudun bəy Köçərli olur.

Seminariya 17 otaqdan ibarət bir binada fəaliyyətə başlayır. Daha doğrusu o dövürdə Qazaxda ən tanınmış xeyriyyəçi və mülkədarlardan biri olan Məşədi İbrahim hacı İsmayıl oğlu Kosalı özünün 17 otaqdan ibarət malikanəsini Qazax Müəllimlər Seminariyasına hədiyyə edir.1920-ci ildən seminariyanın nəznində qızlar qrupu da açılır. 1925-ci ildən Qazax Müəllimlər Seminariyası pedaqoji texnikoma çevrilir və 1959-cu ilədək fəaliyyətini davam etdirir.

40 illik fəaliyyəti dönəmində elm ocağı Azərbaycanın elm, maarif, mədəniyyət və digər sahələrinə Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Abdulla Babanlı və adlarını çəkmədiyim yüzlərlə görkəmli şəxdiyyət qazandırıb.

Bəs bu gün bu tarixi maarif abidəsinin vəziyyəti necədir? Daha doğrusu itib batmaq təhlükəsi ilə üzləşən bina niyə yenidən bərpa olunmur? Niyə heç bir qrumun yadına düşmür bu tarixi binanı təmir etdirmək?

Binanın üzərində “Qazax Seminariyası.1918-1959-cu illər” lövhəsi isə tariximizə biganə münasibətin ən bariz sübutudur.

Hazırda burada orta məktəb fəaliyyət göstərir. Erməni işğalı altına düşmüş Aşağı Əskipara kəmdinin uşaqları oxuyur. Qəribədə olsa bina “istismara yararlı” sayılsada binanın nə daxili, nə xarici görnüşü nə uşaqların, nə də böyüklərin könlünü açacaq vəziyyətdədir. Hər halda biz Azərbaycan təhsilində böyük izlər qoyan Qazax Müəllimlər Seminariyasından qalan tarixi binanın vəziyyətini. Nəticə çıxarmaq isə aidiatlı qurumların üzərinə düşən məsələdir. Tariximizə biganə yanaşmayaq. Çünki,məğlub olan yenə biz olarıq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*