Meksika və Kanada KTMT-yə üzv olmaq istəsələr, ABŞ buna necə reaksiya verər?backend

Meksika və Kanada KTMT-yə üzv olmaq istəsələr, ABŞ buna necə reaksiya verər?

72 il bundan öncə Pekin, Vaşinqton və Moskva arasında “həssas nöqtələr” və “qırmızı xətt”lər müəyyənləşdirilmişdi.

Sual olunur: Hazırda dünyanın Şərq qütbündə baş verən hadisələrin Qərb qütbündə baş verməsinə ABŞ icazə verərdimi? Məsələn, Meksika və Kanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaq istəsələr, ABŞ buna necə reaksiya verər?

1949-cu ildə NATO yaranan zaman əldə olunan razılığa əsasən, heç kəs sərhədlər yaxınlığında “qırmızı xətti” keçməyəcəkdi. Sonuncu dəfə 1968-ci ildə Vaşinqtona Şərq qütbündə və Şərqi Avropadakı “qırmızı xətt” göstərilmişdi.

Okeanın o biri tayından gəlib Rusiyanın sərhədlərində yerləşən ölkələri NATO-ya cəlb etmək Moskva üçün təhlükəsizlik amili hesab olunmalıdır, yoxsa yox?!

Ümumiyyətlə, ABŞ Gürcüstan hadisələrindən sonra Rusiya ilə qonşu ölkələrin NATO-ya üzvlüyə cəlb olunması kimi təhrikedici, aldadıcı və birqütblü hipotetik yanaşmalardan əl çəkməli idi.

Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Təkcə ABŞ-ın müdafiə xərcləri 700 milyard dolları ötür. Bu, Çinin müdafiə xərclərindən ən azı 4 dəfə böyükdür. Rusiyanın müdafiə xərcləri də ABŞ-ın müdafiə xərclərindən bir neçə dəfə azdır. ABŞ okeanın o biri tərəfində kimdən və nədən müdafiə olunur?

Nə baş verir ki, ABŞ məhz Şərq ölkələrində müdafiə olunmağa məcbur olur?

Ümumiyyətlə, sülh qorunması missiyasını həyata keçirməli olan NATO dövlətləri niyə nüvə başlıqlarına sahibdir?! Amma digər dövlətlərə bu qadağandır! Belə çıxır ki, nüvə başlıqları ABŞ-da olanda sülhü qorumaq mümkündür, başqa ölkələrin nüvə başlığına sahib olması sülhə təhdiddir!?

Zelenski hakimiyyətə gələndə ABŞ-ın strateji mediası yazırdı:

“Yüksək səviyyəli dəstək Zelenskiyə fəaliyyət üçün böyük legitimlik və oliqarxlardan asılılığı azaltmaq fürsəti verir”.

Hazırda ABŞ-ın Ukraynada nail olmaq istədiyi məsələlərdən biri də Zelenskinin islahatlar vasitəsilə nail ola bilmədiklərini də həll etməkdir. Məsələn, 8 il ərzində ABŞ-ın milyardlarını yeyən oliqarxiyanın məhvi!

ABŞ Əfqanıstanı, İraqı, Yuqoslaviyanı bombardman etməklə, öz məqsədlərinə çata bilmişdi. Real döyüş səhnələri ABŞ ordusuna yaddır.

Hazırda Ukraynada ABŞ-ın minlərlə hərbçisi Rusiyaya qarşı döyüşməklə praktiki döyüş qabiliyyəti əldə edirlər. Pentaqon mövcud situasiyadan maksimum dərəcədə yararlanmaqdadır.

Müəllif: Samir Feyruzov 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*