Meloni: “Qadın həmrəyliyi deyə bir şey yoxdur”backend

Meloni: "Qadın həmrəyliyi deyə bir şey yoxdur"

İtaliyanın ilk qadın baş naziri Giorgia Meloni qadınların bir-biri ilə həmrəylikdən çox rəqabətə üstünlük verdiyini deyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Analar Günündə məşhur diktor Diletta Leottanın podkast proqramında çıxış edən sağçı baş nazir qadın həmrəyliyinin məhv edilməsinin kişilərin günahı olduğunu da qeyd edib. Meloni ana olan qadınlar üçün vəziyyətin fərqli olduğunu və uşaqlı qadınların “cəbhədəki əsgərlər kimi” digər anaları dəstəklədiyini vurğulayıb.

Ailə dəyərlərini tez-tez tərifləyən Meloni İtaliyada kişilərin üstünlük təşkil etdiyi siyasətdə qadınların bir-birini çox dəstəkləmədiyini açıqlayıb. “Qadınlar dediklərindən daha az sadiqdirlər”, – deyə İtaliya lideri vurğulayıb: “Onların heç vaxt kişilərlə rəqabət apara bilmədikləri hissi qadınları bir-birinə qarşı qoyur”.

Qeyd edək ki, 47 yaşlı Meloni ötən il qızının atası, aparıcı Andrea Giambrunodan ayrılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*