backend

Mən də narazıyam: Bəyanatı imzalayan zaman... – Paşinyan

Ermənistanda daxili siyasi gərginlik mövcuddur, amma müxalifətin etdiyi çağırışlar (Hökumətin istefası nəzərdə tutulur – red.) erməni cəmiyyətində geniş dəstəklənmir.

KONKRET.az  xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan TASS-a müsahibəsində bildirib.

“Sözün düzü, mən də razı deyiləm, yaranmış vəziyyətə görə hamımız narazıyıq. Ancaq bizim alternativlərimizi anlamaq lazımdır. Sazişin imzalanması zamanı heç bir alternativimiz yox idi. Məncə, erməni cəmiyyəti bunu anlayır. Vəziyyəti pisləşdirməmək üçün çalışmalıyıq”, — Paşinyan vurğulayıb.

Jurnalistin növbədənkənar parlament seçkilərinin mümkünlüyü ilə bağlı verdiyi sualı cavablayan Paşinyan dəqiqlikdən qaçaraq, əsas məsələnin Ermənistanın sabitliyi olduğunu deyib.

“6 aylıq strateji yol xəritəsini hazırlamışam, bu dövr ərzində ölkədə vəziyyətin sabitləşdirilməsi üzərində işləməliyik. Bundan sonra cəmiyyətimizlə, xalqımızla, siyasi qüvvələrimizlə məsləhətləşəcəyik və gələcək addımlar barədə qərar qəbul edəcəyik”, – o qeyd edib.(axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*