“Mən prezidentimin quluyam”, – deyən məmurun oğlu kimdir? – ŞOK TƏFƏRRÜATLARbackend

"Mən prezidentimin quluyam", - deyən məmurun oğlu kimdir? - ŞOK TƏFƏRRÜATLAR

“Bir neçə gün əvvəlki əttökən mövzuya toxunmaq istəyirəm. “Mən ömrümün sonunadək Prezidentimizin quluyam” deyib ictimai ikrah hissi doğuran keçmiş nazir müavini İsmayıl İsmayılov əslində Kəmaləddin Heydərovun müasir politoloji dildə desək kadrıdır”.

KONKRET.az xəbər verir ki, bunu bloger Cavanşir Həsənli özünün feysbuk səhifəsində yazıb. Bloger “Prezidentin qulu”nun oğlunun geniş biznes imkanlarından da söz açıb.
“İsmayıl İsmayılovun oğlu Elvin ismayilov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir. O, əvvəllər “QƏBƏLƏ ATICILIQ KLUBU” MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan “GİLAN İNŞAAT” MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, “QƏBƏLƏ SPORT STORE” MMC-yə rəhbərlik edir. “QƏBƏLƏ SPORT STORE” idman ləvazimatlarnın, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb.
İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət “CORE CONSTRUCTİON” (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər.
“CORE CONSTRUCTİON” yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus AVROPA AZƏRBAYCAN MƏKTƏBİni inşa edib.
“AVROPA AZƏRBAYCAN MƏKTƏBİ” TƏHSİL KOMPLEKSİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ildə FRANCESCO BANCHINI adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib.
“CORE CONSTRUCTİON” (https://coreconstruction.az/az/)
həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, AĞDAŞ BİYAN ZAVODUNUN tikintisini həyata keçirib”, -deyə Cavanşir Həsənli məmur oğlunun biznes və şirkət siyahısını təqdim edib.

P.S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 

  • səbuhi
    Dekabr 4, 2021 - 09:19

    Qul təfəkkürlü insanlar bizi idarə etdiklərinə görə bu gündəyik.

səbuhi üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*