Məqsədimiz İsraili süni intellekt üzrə dünyada 3-cü ölkə etməkdir – Netanyahubackend

Məqsədimiz İsraili süni intellekt üzrə dünyada 3-cü ölkə etməkdir - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu süni intellektin faydaları və təhlükələri ilə bağlı milli plan hazırlayır.

KONKRET.az xəbər verir ki, Netanyahu bu barədə Tesla və X-in baş direktoru İlon Mask ilə görüşdən qayıtdıqdan sonra bildirib.

“Mən tezliklə bu məsələ ilə bağlı layihə rəhbəri təyin edəcəyəm, həmçinin hökumətə və ictimaiyyətə milli plan təqdim edəcəyəm. Biz İsraili süni intellekt sahəsində dünyada 3-cü ölkəyə çevirməyi qarşımıza məqsəd qoymuşuq, bu, çox iddialı bir məqsəddir”, – Netanyahu deyib.

Netanyahu və Mask canlı yayım zamanı süni intellekt haqqında müzakirələr aparıb, daha sonra ekspertlərlə panel müzakirəsi keçirib.

“Burada mən “milli strategiya” sözünü işlədirəm, çünki İsrail dövləti buna uyğun hərəkət etməlidir”, – nazir qeyd edib.

Baş nazir BMT Baş Assambleyasında çıxışı zamanı da süni intellektdən danışıb.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*