Türkiyə prezidenti postuna namizəd olan Fatih Ərbakan namizədliyini geri götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ərbakanın özü məlumat verib.
O, seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.
18:32
Prezidentliyə namizəd olmaq üçün 100 min imza toplayan Fatih Ərbakanın rəhbərlik etdiyi “Yenidən Rifah” partiyası martın 20-də verdiyi qərarı dörd gün ərzində dəyişib və “Cümhur” ittifaqına qoşulduğunu aşıqlayıb.
KONKRET.az Türkiyə mediasına istinadən bildirir ki, 4 gün əvvəl “Milli Görüş xəttindən güzəştə getmədən” yollarına davam etdiklərini bildirən Ərbakan bu gün deyib: “Partiyamız bu yürüşdə qısa zamanda çox böyük yol qət etdi”.
Partiyasının mayın 14-də keçiriləcək seçkilərə “çox ciddi və həlledici qüvvə” kimi daxil olduğunu bildirən Ərbakan Milli Gorusun “əsl istiqamətinə uyğun” təmsil olunduğunu qeyd edib.
