Məşhur aktyor 12-ci plastik əməliyyatdan sonra ÖLDÜbackend

Məşhur aktyor 12-ci plastik əməliyyatdan sonra ÖLDÜ

Kanadalı aktyor Sent fon Koluççi K-pop ulduzu Pak Çiminə bənzəmək üçün keçirdiyi onlarla plastik əməliyyatdan sonra dünyasını dəyişib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı aktyor bir neçə ay əvvəl növbəti əməliyyat keçirib.

O, çənəsinə implant yerləşdirib, bundan sonra isə infeksiya yaranıb.

Məlumata görə, yad cisim götürülsə də, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Koluççinin sözçüsü bildirib ki, təkcə son bir ildə aktyor 12 kiçik əməliyyat keçirib.

Qeyd olunub ki, o, 12 plastik əməliyyata 220 min dollar xərcləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*