Məşhur teleşounun iştirakçısı qadınlara təcavüz edib videoya çəkdi – FOTOLARbackend

Məşhur teleşounun iştirakçısı qadınlara təcavüz edib videoya çəkdi - FOTOLAR

“X Factor” istedadlar teleşousunun sabiq iştirakçısı Fillip Blekuell 22 il ərzində doqquz qadına cinsi təcavüz edib və cinayət əməllərini videoya çəkib.

KONKRET.az “Metro”ya istinadən xəbər verir ki,  britaniyalı kişi ilk təcavüzünü 1997-ci ildə edib, sonra daha bir neçə qadın onun cinayətinin qurbanı olub.

F.Blekuell qurbanlarının bəzilərinin gözlərini və əllərini bağlayıb.

Britaniyalı 2008-ci ildə “X Factor” layihəsində iştiak edib.

O zaman musiqi nömrəsi ilə çıxış edən kişi final mərhələsini keçə bilməyib.

Bundan sonra o, daha bir neçə qadını zorlayıb.

Qurbanların əksəriyyəti gənc və tənha qadınlar olub. Blekuell onları izləyib, avtomobildən müşahidə edib. O, kimliyini gizlətmək üçün təcavüz zamanı balaklav və ya maska taxıb, həmçinin irland ləhcəsi ilə danışıb.

Blekuell polisə müraciət edəcəkləri təqdirdə qurbanları təkrar təcavüzlə hədələyib.

56 yaşlı kişi artıq saxlanılıb və ömürlük həbsə məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*