Messini meydanda görməyən azarkeşlər təzminat alacaqlarbackend

Messini meydanda görməyən azarkeşlər təzminat alacaqlar

“İnter Mayami” ilə Honq Konq millisi arasında fevralda keçirilən yoldaşlıq matçını stadiondan izləyən azarkeşlər biletə verdikləri məbləğin 50 faizini geri alacaqlar.

KONKRET.az xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin superulduzu Lionel Messinin həmin qarşılaşmada zədə səbəbindən sonadək ehtiyatda qalmasıdır.

Azarkeşlər 38 yaşlı forvardın çıxışını izləmədikləri üçün etiraz ediblər.

Qeyd edək ki, sözügedən qarşılaşmaya ən ucuz biletin qiyməti 115 avro olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*