Hadisədən təxminən 60 il sonra, 22 noyabr 1963-cü ildə prezident Con Kennedinin faciəli şəkildə öldürülməsinin şahidi olmuş keçmiş məxfi xidmət agenti Pol Landis qətlin təfərrüatlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, “New York Times” qəzetinə verdiyi son müsahibədə Landis qətldən qısa müddət sonra Parkland Memorial Xəstəxanasında baş verən hadisələrin qeyri-adi tərəfini dilə gətirib. O, güllənin iki parçasını gördüyünü deyib: bir bütöv, digəri isə birbaşa Kennedinin oturacağının arxasında yerləşən dəri avtomobil oturacağa yapışmış şəkildə.
Landis iddia edir ki, o, əvvəlcə son gülləni rəhbərlərinə vermək niyyətində olub.
Bütün bunlar onu deməyə əsas verir ki, Kennediyə bir güllə açılmayıb. Sui-qəsdin araşdırılması ilə məşğul olan Uorren Komissiyası da belə nəticəyə gəlib ki, üç atəş açılıb: biri – Kennedinin boynundan keçib və sonra Konnelliyə dəyib; başqa bir güllə Kennedinin başına tuşlanıb və onun ölümünə səbəb olub. Üçüncü güllə isə yaxınlıqdakı mülki vətəndaşı yaralayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az