Meyxanaçılar karantini pozdular – 10 nəfər cərimələndibackend

Meyxanaçılar karantini pozdular - 10 nəfər cərimələndi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət–profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Cil” çay evində meyxana məclisinin keçirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*