Mikaelyan: “Bizi yenə milli təlatümlər gözləyir”backend

Mikaelyan: “Bizi yenə milli təlatümlər gözləyir”

“Ötən əsrin sonlarında erməni xalqı vahid ideya ətrafında birləşdi və biz xalq olaraq ən yeni tariximizin şanlı səhifəsini yaratdıq. Vazgen Sarkisyanın rəhbərliyi ilə ordumuzun əsasını təşkil edən bu qüdrətli struktur olan Yerxapa Könüllüləri Birliyi yaradıldı. Yerxapa əvvəldən dövlətimizin və ordumuzun yanındadır”.

KONKRET.az xəbər verir ki, bu barədə birliyin rəhbəri Sasun Mikayelyan danışıb.

“Biz çətin yollardan keçmişik, bir çox sınaqlardan çıxmışıq. Amma bu gün çox gərgin tarixi dövrdə yaşayırıq. Bu isə onu göstərir ki, bizi yenə milli təlatümlər gözləyir.

Gəlin, may bayramlarının qədrini bilək, yenicə müstəqillik qazanmış dövlətçiliyimiz uğrunda döyüşən generaldan tutmuş əsgərə qədər fərdlərin, könüllülərin, ordunun qədrini bilək.

Tarixən biz birləşəndə ​​qalib gəlirdik, ona görə də bu gün bizim birliyimiz vacibdir. May zəfərlərindən ruhlanaraq biz bir daha milli yüksəlişlər yaşayacağıq.

Çox sınaqlardan, fəlakətlərdən keçən vətənimizi qoruyaq, onu möhkəmlədək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*