Millətlər Liqasının qalibi bəlli oldubackend

Millətlər Liqasının qalibi bəlli oldu

KONKAKAF Millətlər Liqasına yekun vurulub.

KONKRET.az xəbər verir ki, finalda ABŞ ilə Meksika milli komandaları üz-üzə gəliblər.

ABŞ-nin Texas ştatının Arlinqton şəhərindəki “A&T” stadionunda oynanılan həlledici qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

Hesabı 45-ci dəqiqədə Tayler Adams açıb. 63-cü dəqiqədə Covanni Reyna matça nöqtə qoyub.

Beləliklə, ABŞ KONKAKAF Millətlər Liqasının qalibi olub. İkinci yeri Meksika, üçüncü yeri Yamayka komandası tutub.

Xatırladaq ki, KONKAKAF Millətlər Liqası Şimali və Mərkəzi Amerika, Karib hövzəsi ölkələrinin milli komandaları arasında keçirilir. 2016-cı ildə FİFA-ya üzvlüyü dayandırılmış Qvatemala istisna olmaqla, KONKAKAF-da 40 milli komanda iştirak edir.Fanat.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*