Millimiz Latviyanı məğlub etdibackend

Millimiz Latviyanı məğlub etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qələbə qazanıb.

KONKRET.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da baş tutan oyunda Latviyadan üstün olub.

Camal Cəfərovun 32-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-21 millimiz noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*