Milonov: “Qarabağda baş verənlər mənim rus-erməni ruhumun faciəsidir”backend

Milonov: "Qarabağda baş verənlər mənim rus-erməni ruhumun faciəsidir"

Qarabağda baş verənlər mənim rus-erməni ruhumun faciəsidir.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının “Vahid Rusiya”dan olan ermənipərəst deputatı Vitali Milonov deyib.

“Qarabağda indiki çətin vəziyyət Ermənistan rəhbərliyinin bir neçə il əvvəl atdığı yanlış addımlar nəticəsində yaranıb.

44 günlük müharibədən əvvəl və onun gedişində Ermənistan hakimiyyətinin Qərbin, xüsusən də ABŞ-ın mövqeyinə gümanı var idi.

Lakin Donald Tramp prezidentlik kampaniyası ilə məşğul idi, ona görə də Qarabağ hadisələri onun vecinə deyildi.

Moskva ilə qarşılıqlı əlaqə İrəvana uzun illər müharibədən yayınmağa imkan verdi. Ancaq Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ritorika dəyişdi və Qərbin “stavka”sı münaqişəyə gətirib çıxardı”, – Milonov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*