Miqrantı döyən polis cəzalandı – Permdəbackend

Miqrantı döyən polis cəzalandı – Permdə

Permdə əcnəbi qadını döyən rus polis mayoru 3 il şərti cəza alıb.

KONKRET.az xəbər verir ki, bu barədə ura.ru məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə miqrasiya idarəsinin təmir işləri aparılan və beton döşəmələrin töküldüyü binasının girişində baş verib. İçəri daxil olmaq istəyən miqrant qadına qarşı polis tərəfindən kobud davranış ciddi qalmaqal yaradıb.

Zərərçəkmiş öz ifadəsində bildirib ki, polis əməkdaşı onu qapıda əli ilə vurub və sonra təpikləməyə başlayıb. Milli Qvardiya əsgərləri hadisə yerinə gəlib. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən polis saxlanılıb. Onun haqqında cinayət işi açılıb.

Polis sıralarından qovulan şəxs məhkəmənin qərarı ilə qadına vurduğu maddi və mənəvi ziyana görə 20 min rubl ödəyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*