Miqrantları daşıyan qayıq qəzaya uğradı – 1 ölübackend

Miqrantları daşıyan qayıq qəzaya uğradı - 1 ölü

Egey dənizindəki Aqatonisi adası yaxınlığında miqrantları daşıyan qayıq batması nəticəsində bir qadın həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası ERT məlumat yayıb.

Məlumata görə, 17 nəfər dərhal xilas edilib.

Xilasetmə əməliyyatına Sahil Mühafizəsinin iki patrul kateri, Hərbi Hava Qüvvələrinə məxsus bir helikopter və bir gəmi cəlb olunub.

Qeyd edək ki, Yaxın Şərq, Asiya və Afrika ölkələrindən qeyri-qanuni miqrasiya marşrutlarından biri Yunanıstandan keçir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*