Misirdə 3 min yaşı olan qədim şəhər tapıldı – FOTObackend

Misirdə 3 min yaşı olan qədim şəhər tapıldı - FOTO

Misirdə bir qrup arxeoloq üç min il əvvəl tikilən “qızıl şəhəri” aşkar edib.

KONKRET.az bu barədə “El Balad” nəşrinə istinadən xəbər verir.

Alimlərə görə, bu şəhər “Atonun Yüksəlməsi” adlanır və eramızdan əvvəl XIV əsrdə yaşamış III firon Amenhotep tərəfindən tikilib.

Şəhər Misirin ən böyük sənaye və inzibati yaşayış məntəqəsi olub. Qeyd olunub ki, şəhərin küçələrində böyük evlər mövcud olub, bəzilərinin divarlarının hündürlüyü 3 metrə çatır.

Şəhər qərb istiqamətində, məşhur Deyr-əl-Mədinə nekropoluna qədər ərazini əhatə edir.

Arxeoloji işlərə 2020-ci ilin sentyabr ayında başlanılıb və əsas vəzifə Tutanhamonun dəfn məbədini tapmaq idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*