MN və Hərbi Prokurorluğun nümayəndələri azad edilmiş ərazilərdəki hərbi hissələrdə – FOTObackend

MN və Hərbi Prokurorluğun nümayəndələri azad edilmiş ərazilərdəki hərbi hissələrdə - FOTO

2021-ci il üçün birgə fəaliyyət planına əsasən, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olublar.

KONKRET.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin məişət şəraiti ilə tanışlıqdan sonra hərbi hissələrdə xidmət edən müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular ilə görüşlər keçirilib və hərbi qulluqçuların hüquqlarına dair suallar cavablandırılıb.

Sonda bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*