Monqolustan dünyada turist axınına görə ön sıralardadır. Tarixdə silinməz iz buraxan bu ölkənin keçmişi ilə maraqlanan turistlərin ora axını ildən-ilə artır.
KONKRET.az Monqolustan Milli Statistika Komitəsinin hesabatına istinadən bildirir ki, 2023-cü ilin əvvəlindən ölkəyə gələn turistlərin sayı iki dəfə çoxalıb. Monqolustanı ziyarət edənlərin də yarıdan çoxu ruslardır.
Rusiya mətbuatının məlumatına görə, Avropa sərhədləri rusların üzünə bağlandıqdan sonra Şərqə axın artıb. Son iki ildə rusların kütləvi axını isə Monqolustanda turizm sektorunda bahalaşmaya səbəb olub. Hətta bu ölkəyə üz tutanlar Cənubi Koreya, Tayland və Yaponiyada xərclədiklərindən çox xərcləyirlər.
Bu il Rusiyadan Monqolustana bir istiqamətə aviabilet bron etmək 19,8 min rubl (362 manat) təşkil edir. 2024-cü ilin əvvəlində İrkutskdan Ulan-Batora birbaşa uçuşlar 8,2 min rubldan (150 manat), Krasnoyarskdan isə 12,9 min rubla (236 manat) başa gələcək. Həmçinin, turistlər Moskvadan Ulan-Batora 25,7 min rubla (470 manat), Sankt-Peterburqdan isə 29,9 min rubla (550 manat) bilet alırlar.
Vəli Həsənov,
KONKRET.az
