SSRİ-də ilk RDS-37 ikipilləli termonüvə bombasının yaradıcılarından olan Qriqori Klinişov intihar edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Bildirilir ki, 92 yaşlı mühəndis-fizikin meyiti öz evində tapılıb. O, doğmalarına vida məktubu da yazıb.
Klinişovun intihar səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Q.Klinişov 20 oktyabr 1930-cu ildə anadan olub. Fizika-riyaziyyat elmləri namizədi, Lenin mükafatı laureatı olub. RDS-37-nin yaradılmasında iştirak edən alimlərdəndir.
