Mozambikdə dünyanın ən keyfiyyətli yaqutu tapılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanada mərkəzli “Fura Gems” şirkəti məlumat yayıb.
Bildirilib ki, Mozambikin şimalındakı Kabo Delqado bölgəsində aşkarlanan 101 karatlıq yaqut dünyanın ən qiymətli daş keyfiyyətinə malikdir.
Qeyd edək ki, yaqutun tapıldığı Kabo Delqado bölgəsində Ənsarus Sünnə təşkilatı mülki şəxslərə qarşı hücumlar təşkil edir.
2017-ci ildən bəri hücumlarda 3000-dən çox insan həyatını itirib, 800 mindən çox insan isə didərgin düşüb.
İqbal Rzayev,
KONKRET.az