Müharibə veteranları ilə bağlı vacib xəbərbackend

Müharibə veteranları ilə bağlı vacib xəbər

Azərbaycanda qiymət artımları ilə paralel müxtəlif dövrlərdə sosial müavinət, pensiya, maaş və təqaüdlərin məbləğində artım müşahidə olunur. Lakin müharibə iştirakçıları üçün təyin olunmuş 80 manat müavinətin məbləğində illərdir heç bir artım yoxdur. Hazırda bu məbləğlə dolanmaq mümkünsüzdür. Növbəti aylarda müharibə veteranlarının müavinətlərinin artırılması nəzərdə tutulur? 

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı deputat Musa Quliyev Referans.az-a danışıb.

“Bu müavinət işləmə qabiliyyəti olan müharibə veteranlarına verilir. Onlar əlliklik üzrə pensiya alan şəxslər və ya iş qabiliyyəti olan şəxslərdir. Bu o deməkdir ki, onlar müəyyən qədər sağlam insanlardır, böyük ehtimal ki, başqa gəlir mənbələri də var. Məbləğə gəldikdə sizə qatılıram, nəzərdə tutulmuş məbləğ o qədər də böyük deyil. Biz bu məsələni bir neçə dəfə hökümətin hesabatında da qaldırmışıq. Yəqin ki, payız sessiyasının büdrcə müzakirələrində bu məsələ yenidən gündəmə gələcək”.

Deputat Vahid Əhmədov isə qeyd edib ki, bununla bağlı müəyyən işlər görülür.

“Hesab edirəm ki, bu məbləğ çox azdır. Bu məsələ bir neçə dəfə də Milli Məclisdə müzakirə olunub. Düşünürəm ki, indiki şəraitdə, inflyasiyanın, qiymət artımının olduğu bir dövrdə müharibə veteranına 80 manat vermək, əlbəttə, azdır. Bunu müəyyən qədər artırmaq lazımdır. Aldığım məlumata görə, hökümətdə bu məsələlərə baxılır. Yəqin ki, növbəti dövlət büdcəsi müzakirələrində buna diqqət ayırılacaq”.

Sonda Vahid Əhmədov qeyd edib ki, ümumi olaraq, müharibə veteranı kitabçası alan şəxslər bir daha yoxlanılmalıdır. 1990-cı illərdə rast gəlinən saxta kitabça məsələsi indi də qüvvədə ola bilər.

  • Şəmsəddin
    Avqust 18, 2023 - 22:05

    Hesab edırəm ki, yaşa görə veteranlara müavinət vermək olar. 65 yaşı olanlara daha yüksək, çünki onlar işləmir. Ondan aşağı yaş qrupuna nisbətən az, çünki onlar işləyə də bilərlər.

    • Barber
      Avqust 19, 2023 - 18:08

      Məndə müharibə iştirakçısıyam, o qədər iyrəndim ki, bu dövlətdən tək çarə xaricə köçmək oldu. İndi hər şey qaydasındadır. Artıq məni orda tutacaq heç bir şey yoxdur. Bu qədər gənc ölkəni tərk edirsə və yaxud tərk etmək istəyirsə çox yaxın gələcəkdə Azərbaycan adlı “dövlət” in olması böyük sual altındadır.

  • Farid
    Avqust 19, 2023 - 00:02

    92 de muharibe gormeyenlerde vetranliq alirlar bunuda yazwi bilidsiz.

  • Qan icen
    Avqust 19, 2023 - 10:01

    Ay eqidesizler 80 manat alir isleme qabilyeti var deye bes edir ay arvadinizi sikim deputat nazir varyoxunuzu sikim iw var maraqpanitsiz ancaq qanun kasib ucun yazilib varli kef elesin

    • Şaka
      Avqust 19, 2023 - 17:20

      Ə, söyuşlə yazmagin nə mənasi var tutag mi 80 azn veriller.Muharibədən qabaq işliyirsi? Bəs necə dolanirdi nədi muharibəyə gedendə qol cekiblərki sag qalsaq bu qədər pul verəceksiz? Nədi muharibə iş yeriydi səncin

    • Amin
      Avqust 19, 2023 - 21:07

      Qoşuluram

  • Beyler
    Avqust 19, 2023 - 10:27

    İndi guya “islahatlar” aparılır ve saxta veteranlıgı olanların pensiyaları kesilir. Çox hallarda yox, bezi hallarda bu baş vere biler. Bu işleri heyata keçirenlere pul lazımdır, yenə də köhne qaydada artıq pul verenlerin işleri düzelir, xeste ve veteranlar qalırlar kenarda. Evveller 20 min insana veteranlıq verilmeli olduğu halda, 120 minden yuxari insana saxta vəsiqələr vermişdiler. Hemişe də saxta veteranlıq alanlar yuxari başdadır. Onlar alsınlar, amma buna haqqı olanlardan sonra. Heqiqi xeste ve veteranlar niye öz haqqlarına göre eziyyet çekib pul ödemelidirler?

  • Boş
    Avqust 19, 2023 - 14:11

    Niyə saxta deputat mandatı alan yoxlanır amma vətən qoruyan veteran statusu yoxlayır yeri gəlsə Azərbaycan müharibə saryetindedir fərqi yoxdur harda əsgərliyini keçirib lazım gəlsə onlarda apardılar yaln müharibə qutarıb deməklə hələ müharibə başlayıb ki qurtarsın müharibə gedir bu ünsür hakimiyyət biçən təmizləməsi üçün bir manrvadir

  • Nurlan
    Avqust 20, 2023 - 00:53

    2013 cu ildede 80 manat 2023 ildede 80 manat . 2013 ci ilde 80 manata düşən ərzaq 2023 cü ildə 4/1hissesidi adice yol pulu sgaret çörek nezere alsaq 80 manat azda olsa dolandirirdi indi 80 manat yol pulu etmir işe gedib gelməyə hələ kamunal hesablasaq heçnedi . İndiki infilyasiyani nezere alaraq minumum 200 manat

  • Xəyal
    Oktyabr 3, 2023 - 20:38

    80 manatı qaldrsalar yaxşı olar men almram qardaşım alır iş yeri yoxdur qardaşmın özde karyerde işleyirdi müharbeye gedende 4 medalı var indi işe güci catmır 😭 neylesin 80 manat balasnın 15 günlik panpersne gedir men neqeder kömek edecem menmde üzir isdeyrem aylem var uşaqm var menen qalır qardaşım men bir qarın ac bir qarın tox baxram onlara 420 manat men alram mühafsede işleyrem özme serf edim ya onlara baxım tenbolde kent yeri 80 manatı qaldrın cox xayiş edrem

Nurlan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*