Musa Qurbanlı qol vurdu, komandası qalib gəldibackend

Musa Qurbanlı qol vurdu, komandası qalib gəldi

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç klubu “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib.

KONKRET.az xəbər verir ki, 21 yaşlı forvard Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb.

Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb. Qarşılaşma “Yurqorden”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanlı komandasının ilk qolunun müəllifi olub.

Qeyd edək ki, İsveç çempionatında yeni mövsümə martın 30-da start veriləcək. “Yurqorden” ilk oyununu aprelin 1-də səfərdə “Göteborq”a qarşı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*