Mustafa Şentop Azərbaycan səfirini qəbul etdibackend

Mustafa Şentop Azərbaycan səfirini qəbul etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu qəbul edib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki dövlət arasında aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Rəşad Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*