“2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” – Vaan Kostanyanbackend

“2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Vaan Kostanyan

“Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin, eləcə də nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir”​.

KONKRET.az xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlər üçün brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, regional kommunikasiyaların bərpası Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında əsas əlaqələndirici körpülərdən birinə çevrilməsinə imkan verəcək:

“Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla – Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq”.

Kostanyan regional nəqliyyat layihələri üzərində işlərin davam etdiyini və qonşu ölkələr tərəfindən daha çox səmimilik nümayiş etdiriləcəyi təqdirdə bu prosesin daha tez də baş verə biləcəyini qeyd edib. Nazir müavini nəqliyyat əlaqələrinin genişlənməsinin həm iqtisadi əməkdaşlığın inkişafına, həm də bölgədə sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*