Naxçıvanda ağır yol qəzası – Ata öldü, ana və uşaqları yaralıdır / FOTObackend

Naxçıvanda ağır yol qəzası - Ata öldü, ana və uşaqları yaralıdır / FOTO

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, 75-BH-431 nömrəli avtomobillə 71-BB-012 nömrəli avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

İlkin məlumata görə, xəsarət alan ana və iki övladı – 1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər. Ana və qızının vəziyyəti orta-ağır, oğlanın isə vəziyyəti ağırdır.

Ata – 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*