Timur Kulibayevi” Kazenergy”nin sədri vəzifəsində Maqzum Mirzəqaliyev əvəzləyib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar dekabrın 8-də Almatıda “Kazenergy” şurasının iclasında qəbul edilib.
Qazaxıstan Neft, Qaz və Enerji Kompleksi Təşkilatları Assosiasiyası – “Kazenergy” 2 noyabr 2005-ci ildə neft-qaz sektorunda sahibkarlığın inkişafına dəstək məqsədilə yaradılıb.
“Bu gün assosiasiya neft-qaz sənayesi, elektrik energetikası və nüvə sənayesində fəaliyyət göstərən şirkətləri birləşdirir. Assosiasiyanın məqsədi ölkənin enerji (neft, qaz və elektrik enerjisi) sənayesinin davamlı və balanslaşdırılmış inkişafına kömək etməkdir. Birlik sədri vəzifəsi könüllüdür və ödəniş nəzərdə tutmur”, – deyə məlumatda vurğulanır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
