Müğənni Nazənin Salayeva “Lotu Quli” ləqəbli ilə tanın mərhum “qanuni oğru” Nadir Səlifovla bağlı video paylaşıb.
KONKRET.az xəbər verir ki, o, bu gün 50 yaşı tamam olan Lotu Qulinin ailəsi ilə birlikdə onun məzarını ziyarət edib.
Müğənni paylaşımına, “Yaşasaydın 50 yaşın olacaqdı. Sevənlərini, əzizlərini yoxluğunla üzdün. Ömürlük qəlblərdə yaşayacaqsan. Məkanın cənnət olsun qardaş. Allah rəhmət eləsin” şərhini yazıb.
Qeyd edək ki, 2020-ci ildə Türkiyənin Antalya şəhərində öldürülən Nadir Səlifovun bir oğlu və qızı var.

Quli olmur kim olur olsun – öldün, emel defterin baglandi, Allahin c.c qarşısında cavab vermek vaxtidir. qebiri ustunde çeher tikseniz faydasi yoxdur. tort yoxee quzu cevirme eleseniz – yene hec ne. Adam ölüb daha heyatda yoxdur. hec olmasa mezarda rahat buraxin oluleri.