Nazir: “Gürcüstan buna hazır deyil!”backend

Nazir: "Gürcüstan buna hazır deyil!"

Gürcüstan hələlik eyni vaxtda müxtəlif ölkələrdən gələcək sərnişinləri qəbul etməyə hazır deyil.

KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava söyləyib.

Onun sözlərinə görə, həm regionda, həm də dünyada epidemioloji vəziyyəti birmənalı qiymətləndirmək olmaz. Bir çox ölkələr beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil.

Nazir onu da bildirib ki, hazırda çarter reyslər həyata keçirilir və artıq üç marşrut müəyyən olunub.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti xarici ölkələrlə aviaəlaqələri bərpa etmək və quru sərhədlərini 1 iyuldan etibarən açmaqdan imtina etmişdi.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*