Nazirlik İnternetin verilməsində güzəştləri AÇIQLADI: “Vəziyyətlə bağlı ciddi tapşırıqlar verilib”backend

Nazirlik İnternetin verilməsində güzəştləri AÇIQLADI: "Vəziyyətlə bağlı ciddi tapşırıqlar verilib"

Danılmazdır ki, insanların hava, su qədər ən böyük istifadə etdiyi resurs internetdir. Koronavirus (COVİD -19) pandemiyasının ölkəmizdə yaratdığı mövcud duruma görə bu gün əhaliyə suyun verilməsində müəyyən güzəştlər tətbiq olundu. “Azərsu” martın 24-dən etibarən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunmasını müvəqqəti dayandırıb. İnternetin verilməsində güzəştlər tətbiq ediləcəyi də diqqət mərkəzində olan suallarındandır.

KONKRET.az xəbər verir ki, bununla bağlı SONXEBER.AZ-a danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin mətbuat katibi Günel Gözəlova mövcud vəziyyətlə əlaqədar nazirlik tərəfindən müvafiq qurumlara ciddi tapşırıqların verildiyini açıqlayıb:

“Ümumiyyətlə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən pandemiya dövründə, nəqliyyat, poçt, internet və mobil rabitə, eləcə də televiziya və radio yayımının keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlarımıza çox ciddi tapşırıqlar verilib. Hazırda naziriliyin nəzarətində olan digər sahələrlə yanaşı telefon, internet xidmətinin fasiləsiz olması ciddi nəzarətdə saxlanılır. Tam əmin ola bilərsiniz ki, müvafiq qurumlarımız, istər “Aztelekom”, istər “Baktelekom” vəziyyətlə bağlı ciddi tapşırıqlar alıblar. Bizə gələn müraciətləri yerindəcə həll edirik ki, vətəndaş evdən çölə çıxmasın. Əsas məqsədimiz budur. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə telefon, internetlə bağlı müvafiq qurumların problemləri olarsa 155, 170, 122 Çağrı Mərkəzlərinə müraciət edə bilərlər. Şikayət təmin olunmazsa, nazirliyin 16 55 Çağrı Mərkəzinə, eləcə də sosial media hesablarımıza müraciət edə bilərlər”.

  • Qurban Bayramov
    Aprel 3, 2020 - 19:43

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən görüləm bu tədbiri bəyənirik. Mən internet üün ayda 10 manat, tel.üçün 2.50 qəp.pul ödəyirdim. Bu gün izah tələbimə məhəl qoymadan məndən 18 m. 20 qəp. ödəniş aldılar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin mətbuat katibi Günel Gözəlova xanımdan xahiş edirəm bu məsələyə aydınlıq gətirsin… Tel.: 562 – 68 – 96

  • Şeker
    Aprel 3, 2020 - 20:47

    Bu ay vayfayin pulu və telefon ödemeliyik?axı evdə oturmusuk pulsuz günümüzdə necə ödüyek.

  • Layiq Məmmədov
    Aprel 4, 2020 - 11:53

    Regionlarda koronavirus pandemiyasının yayılma sürəti verilən internetin sürətindən daha yüksəkdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulan güzəştlərdən çox, əhalinin ödədiyi pulun müqabilində keyfiyyətli internet xidmətinin göstərməsinə baxmalıdır.

  • Elmir
    Aprel 4, 2020 - 13:19

    Salam. Yuxarida gosterilen qaynar xet elaqe nomreleri gosterilir qeyd olunurki(155,170,122) shikayet temin olunmazsa 16 55 caqri merkezine muraciet edin.
    Besh neye lazimdir baxilmadiqi halda?!

  • Ramin
    Aprel 4, 2020 - 21:11

    Yeni hecne olmadi.bu qaynar xeyleri bizde bilirdik.daha maraqli oyun gosdermek lazimdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*