NBC: “Pentaqon Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə qarşıdır”backend

NBC: "Pentaqon Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə qarşıdır"

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə qarşıdır.

KONKRET.az xəbər verir ki, bu barədə NBC telekanalı departamentdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, rəsmilərin qorxuları Rusiya-Ukrayna münaqişəsinin daha da gərginləşməsi ehtimalı ilə bağlıdır.

Pentaqona görə, Ukrayna ordusu Rusiyadakı hədəflərə qarşı “M142 HIMARS” sistemləri üçün “ATACMS” ballistik raketlərindən istifadə edə bilər. Onların fikrincə, bu, hərbi münaqişənin kəskinləşməsinə səbəb ola bilər.

Qeyd edək ki, Co Bayden administrasiyası iyul ayında Ukraynaya “ATACMS” raketləri verməkdən imtina edib. Sentyabrın 13-də “The Wall Street Journal” yazıb ki, Ukrayna ABŞ-dan 300 km-dən çox mənzilli raketlər tələb edib. Ukrayna hökuməti bildirib ki, bu silahlar 2023-cü ildə əks-hücum üçün lazımdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*