“Nəfis dad” kolbasasından karton çıxdığı iddia edilir. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
KONKRET.az xəbər verir ki,məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan məsələ qurum tərəfindən nəzarətə götürülüb: “Sosial şəbəkələrdə yayılan görüntülər əsasında müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.