“Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdibackend

“Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi

“Neftçi” gürcüstanlı futbolçu transfer edib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bu, 24 yaşlı Vaxtanq Arveladzedir.

O, ikinci hücumçu mövqeyində çıxış edir.

Qeyd edək ki, qısaca “Vaxo” kimi tanınan Vaxtanq Arveladze atası Revaz Arveladze Almaniyanın “Homburq” komandasında oynayarkən həmin ölkədə doğulub.

O, Türkiyədə “Kasımpaşa”nın ikinci komandasında, Polşada “Korona” klubunda legioner həyatı yaşayıb. Arveladzenin sonuncu klubu Türkiyənin “Fatih Karagümrük” komandası olub. Məşhur Şota və Arçil Arveladze qardaşları onun əmiləridir. “Neftçi” Şota Arveladzeni baş məşqçi kimi komandaya gətirmək istəyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*