Nəticələr elan olundubackend

Nəticələr elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Bu barədə KONKRET.az-a DİM-dən məlumat verilib.

İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 20549 bakalavrdan 697 nəfəri imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

  • Şahlar
    May 13, 2025 - 21:35

    Neçə bal toplayıb

  • Riyad
    May 14, 2025 - 11:31

    27 aprel 9 sinif imtahanın nəticələri

    • Nihat
      May 15, 2025 - 00:00

      Salam cavablar cixib?

    • Natiq
      İyun 5, 2025 - 19:24
  • Sima
    May 14, 2025 - 18:25

    85 nömrəli 9 c

  • Zəhra
    May 14, 2025 - 20:37

    20 aprel 2025 9 – cu sinif buraxılış imtahanının cavabı nə vaxt çıxacaq?

  • Əli
    May 15, 2025 - 08:12

    27 aprel 2025 ci il 9-cu sinif buraxılış imtahanının cavabları nə vaxt çıxacaq?

  • Nuray
    May 15, 2025 - 13:42
  • Memmedov riyad
    May 15, 2025 - 23:23

    Cavablarì de

  • Rəvan
    May 30, 2025 - 10:12

    20 Aprel 9 cu sinif buraxılış imtahanlarının nəticələri açıqlanıb?

Zəhra üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*