Neymardan PSJ rəhbərliyinə – “Getmək istəyirəm”backend

Neymardan PSJ rəhbərliyinə – “Getmək istəyirəm”

PSJ-nin hücumçusu Neymarın komandadakı gələcək taleyinə aydınlıq gəlib.

Qol.az-ın “Sky Sports” nəşrinə istinadən yaydığı xəbərə görə, dünən klubun idman direktoru Leonardo ilə görüşən braziliyalı futbolçu ayrılmaq istədiyini bildirib. Ancaq o, hansı kluba gedəcəyini açıqlamayıb. PSJ rəhbərliyinin Neymarın qərarını anlayışla qarşıladığı və onun satışından yaxşı pul qazanmaq fikrində olduğu bildirilir.

Qeyd edək ki, Neymarın yenidən “Barselona”ya qayıdacağı iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*