“Nezavisimaya qazeta”: “Rusiya kimin yanında durmalıdır? Kasıb və zavallı Ermənistanın, yoxsa güclü və arxalı Azərbaycanın?” – ŞƏRHbackend

"Nezavisimaya qazeta": "Rusiya kimin yanında durmalıdır? Kasıb və zavallı Ermənistanın, yoxsa güclü və arxalı Azərbaycanın?" - ŞƏRH

Cənubi Qafqazdakı münaqişə bitdi. Təbii ki, diqqət mərkəzində Ermənistanın ərazi itkiləri durur. Amma digər məsələlə də var. Məsələn, Rusiya ilə Türkiyə arasındakı münasibətlər, Azərbaycan Ordusunun uğurlu modernləşdirilməsi və s. Ən nəhayət,  Rusiya Cənubi Qafqaza qayıtdı.

İndi ölkəmizin qarşısında hansı vəzifələr durur?

İndiki məqamda əsas məqsədimiz Qafqazın açarı, ən güclü və zəngin respublikası olan Azərbaycanla ittifaqı qorumaq və imkan düşdükcə möhkəmləndirmək olmalıdır. Çünki bu yanaşma Rusiyanı həm Türkiyəyə, həm də türk dünyasına yaxınlaşdıracaq. Dünyada 160-180 milyon türk var ki, bu da bütün Rusiya əhalisindən çoxdur. Rusiya üçün əsas MDB ölkəsi Moldova, Belarus və ya Ermənistan deyil, Qazaxıstandır. İkinci vəzifə Ermənistandakı hakimiyyətin rusiyapərəst bir hakimiyyətə çevrilməsini təmin etməkdir. Qarabağda  “erməni məsələsini” zorla həll etmək cəhdlərindən əl çəkilməlidir.

Ermənistan niyə məğlub oldu? Səbəbi məlumdur. Bir vaxt məşhur bir deyim var idi: Rusiyanı Putinsiz görmək istəyirsinizsə, Ukraynaya baxın. Prinsipcə, o vaxtdan bəri heç bir şey köklü şəkildə dəyişmədi. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan Aleksey Navalnının yüngül versiyasıdır: Qərbin artıq-əskiyini yeyib populist və boş sözlər danışmaq, dövlət büdcəsini tamamilə talamaq. Hətta son islahatçılarımız Çernomırdin, Kudrin və ya Çubays da tamamilə Paşinyandan fərqli idilər. Rusiyada Viktor Çernomırdindən sonra Qazprom, Anatoli Çubaysdan sonra Moskva birjasında özəlləşdirilmiş müəssisələrin səhmləri bazarı və Aleksey Kudrindən sonra təbii icarə xəzinəyə qayıtdı.

Təəccüblü deyil ki, “rəngli inqilab” zamanı olduğu kimi, Ermənistanda da bu, iqtisadi çöküş və ərazilərin itirilməsi ilə nəticələndi. İnternetdə zarafat etdikləri kimi, Azərbaycan dövlət qururdu, Ermənistansa demokratiya. Ümumiyyətlə, postsovet məkanından heç kim müstəqil bir siyasi və iqtisadi qüvvə kimi meydana çıxmadı. Rusiya nəhəng potensiala malikdir və bunu müxtəlif dərəcələrdə uğurla reallaşdırmağa çalışır. Beynəlxalq hüquq yoxdur, yalnız onun təqlidi və “orman qanunu” var.

Putindən sonra Kremldə kim olursa-olsun, Rusiya əhəmiyyətli bir qlobal oyunçu, demək olar ki, hər kəsin layiqli pul qazanma fürsəti tapdığı bir ölkə olaraq qalacaq. Həmişə demişəm ki, burjua Rusiyasında yalnız xəstə və ya tənbəl olanlar kasıbdır. Ona görə də Kremldə “rəngli inqilab” istəyənlər Paşinyanın aqibətinə diqqətlə baxsa yaxşı olar. O zaman Rusiya Krımı, geopolitikanı və hətta mövcud dolanışığımızı belə unutmalı olacaq. Qərb nüvə silahlarımızı və təbii sərvətlərimizi, müxalifətçiləri isə Rusiyanın beynəlxalq ehtiyatlarını dağıtmağı xəyal edir. Ona görə çalışmalıyıq ki, Rusiya Ermənistan kimi olmasın.

Eləsə, Rusiya kimin yanında durmalıdır: kasıb və zavallı Ermənistanın, yoxsa güclü və arxalı Azərbaycanın?!!

“Nezavisimaya qazeta” 12 noyabr, 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*